"Nar"ın “Full” paketinə qoşulan abunəçilər smartfon qazanacaqlar

"Nar"ın “Full” paketinə qoşulan abunəçilər smartfon qazanacaqlar Bakı. 23 yanvar. REPORT.AZ/ “Nar” öz istifadəçiləri üçün daha bir kampaniya keçirir. 
İKT
23 Yanvar , 2018 17:57
Narın “Full” paketinə qoşulan abunəçilər smartfon qazanacaqlar

Bakı. 23 yanvar. REPORT.AZ/ “Nar” öz istifadəçiləri üçün daha bir kampaniya keçirir. 

Bu barədə “Report”a Şirkətin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 29 dekabr 2017-ci il – 28 yanvar 2018-ci il tarixləri arasında “Full” paketinə qoşulan abunəçilər mobil operatordan hədiyyələr qazanmaq şansı əldə edirlər. Bunun üçün, sadəcə, “28 Mall” alış-veriş mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Nar” stendinə gəlmək kifayətdir.

Stendə yaxınlaşan abunəçiyə kampaniya haqqında məlumat verilərək kupon təqdim edilir. Bu kuponun sahibi kampaniyada iştirak etmək hüququ əldə etmiş olur. Kampaniyada 1 ədəd “Samsung Galaxy S8” smartfonu, 1 ədəd “Ipad Pro” planşeti və 1 ədəd “Samsung Gear S3” saatı oynanılır. Şəffaf qutudakı kuponların sahibləri arasından 3 nəfər iştirakçı təsadüfi seçimlə qalib elan ediləcək.

Uduş 29 yanvar 2018-ci il tarixdə saat 18:00-da “28 Mall” AVM-nin 3-cü mərtəbəsində keçiriləcək. Kampaniyanın iştirakçısı bu kuponu özündə saxlamalı və həmin vaxt uduş keçirilən yerdə olmalıdır. Uduş kuponu şəffaf qutudan çıxan iştirakçı həmin vaxt uduş keçirildiyi yerdə olmazsa, həmin uduş yenidən oynanılacaqdır. Hədiyyə qalib gələn iştirakçıya uduş kuponunu və şəxsiyyət vəsiqəsini təqdim etdiyi halda veriləcək.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayıb. 

Son xəbərlər

Orphus sistemi