Mobil hökumət və mobil imzanın tətbiqi üzrə Avstriya-Azərbaycan əməkdaşlığı genişləndirilir

Mobil hökumət və mobil imzanın tətbiqi üzrə Avstriya-Azərbaycan əməkdaşlığı genişləndirilir Bu məqsədlə azərbaycanlı mütəxəssislər Vyanaya səfər ediblər
İKT
13 İyul , 2017 19:35
Mobil hökumət və mobil imzanın tətbiqi üzrə Avstriya-Azərbaycan əməkdaşlığı genişləndirilir

Bakı. 13 iyul. REPORT.AZ/ Avstriya ilə İKT sahəsində əməkdaşlıq çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nümayəndə heyəti Vyana şəhərinə səfər edib.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, səfər zamanı Avstriya Federal Katibliyi, Rəqəmsal Avstriya Təşkilatı, Federal Kompüter Mərkəzi, Avstriya Texnologiyalar İnstitutu və digər müvafiq qurumların rəhbərləri ilə görüşlər keçirilib.

Görüşlərdə əsas müzakirə mövzusu mobil hökumət və mobil imzanın tətbiqi imkanları, təhlükəsizliyi və qarşılıqlı tanınması olub. Qeyd edilib ki, 2018-ci ildən etibarən Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət vəsiqələri mobil hökumətin və mobil imzanın geniş tətbiqini zəruri edir. Bu baxımdan ölkəmizdə hər iki elektron hökumət komponentinin - mobil hökumət və mobil imzanın tətbiqinin Avstriya ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində sürətləndirilməsi qərara alınıb.

Qeyd edək ki, səfər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Avropa İttifaqının birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında elektron xidmətlərin inkişafının gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub.

Son xəbərlər

Orphus sistemi