Mikayıl Cabbarov rabitə və informasiya texnologiyaları işçilərini təbrik edib
Mikayıl Cabbarov rabitə və informasiya texnologiyaları işçilərini təbrik edibAzərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov rabitə və informasiya texnologiyaları sahəsi işçilərini təbrik edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov rabitə və informasiya texnologiyaları işçilərini təbrik edib.
“Report” xəbər verir ki, nazir təbrikini “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Bu gün – 6 dekabr ölkəmizdə rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır. Azərbaycanda yüksək texnoloji tutumlu və rəqabətli iqtisadiyyatın formalaşmasında rabitə və informasiya texnologiyaları sektorunun təmsilçilərinin əhəmiyyətli rolu var. Bu sahə üzrə fəaliyyət göstərən hər kəsi əlamətdar gün münasibətilə təbrik edir, işlərində uğurlar arzulayırıq”, - deyə o qeyd edib.