"Microsoft" sanksiyaya düşməyən Rusiya təşkilatları ilə işləməyə davam edəcək

"Microsoft" sanksiyaya düşməyən Rusiya təşkilatları ilə işləməyə davam edəcək Microsoft Qərbin sanksiyalarına məruz qalmayan Rusiyadan olan müştəriləri ilə əməkdaşlığı dayandırmayacaq.
İKT
1 Aprel , 2022 06:21
Microsoft sanksiyaya düşməyən Rusiya təşkilatları ilə işləməyə davam edəcək

Microsoft Qərbin sanksiyalarına məruz qalmayan Rusiyadan olan müştəriləri ilə əməkdaşlığı dayandırmayacaq.

“Report” xəbər verir ki, bu barədə Reuters agentliyi şirkətin rəhbəri Bred Smitin Ukrayna prezidenti Volodimir Zelenskiyə göndərdiyi məktubuna istinadən məlumat yayıb.

Bred Smitin sözlərinə görə, Microsoft Rusiya məktəbləri və xəstəxanaları, eləcə də bir sıra digər təşkilatlarla əməkdaşlığı davam etdirəcək. “Bu qurumların proqram təminatı yeniləmələri və xidmətlərindən məhrum edilməsi mülki şəxslərin, o cümlədən uşaqların və qocaların sağlamlığı və təhlükəsizliyinə təhlükə yarada bilər”.

Bununla belə, şirkət ABŞ, Böyük Britaniya və Aİ ölkələrinin hökumətləri ilə Rusiya Federasiyasında xidmət və müştəri dəstəyinin göstərilməsini dayandırıb-dayandırmamağı müzakirə edir.

Son xəbərlər

Orphus sistemi