Məlumat Hesablama Mərkəzində kadr dəyişikliyi olub

Məlumat Hesablama Mərkəzində kadr dəyişikliyi olub Qurumun direktor müavini dəyişib
İKT
16 Mart , 2021 14:57
Məlumat Hesablama Mərkəzində kadr dəyişikliyi olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin direktor müavini Elçin Əliyev işdən çıxıb.

“Report”un əldə etdiyi məlumata görə, nazir Rəşad Nəbiyevin əmri ilə sözügedən vəzifə İnara Vəliyevaya həvalə olunub.

Yeni direktor müavini bu təyinata qədər özəl sektorda rəhbər vəzifədə çalışıb.

MHM-dən xəbəri “Report”a təsdiqləyiblər.

 İnara Vəliyeva
İnara Vəliyeva

Son xəbərlər

Orphus sistemi