Məlumat Hesablama Mərkəzi tender keçirir

Məlumat Hesablama Mərkəzi tender keçirir İddiaçıların 1 aydan artıq vaxtı var
İKT
19 Yanvar , 2017 09:58
Məlumat Hesablama Mərkəzi tender keçirir

Bakı. 19 yanvar. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) 8 moduldan ibarət “Müəssisə Resusrslarının Planlaşdırılması” (Enterprise Resource Planning) proqram təminatının satın alınması üçün açıq tender elan edib. 

"Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

Məlumata görə, tenderdə iştirak haqqı 2 min manatdır. İddiaçılar ilkin sənədləri fevralın 22-nə qədər, tender təklifi və bank təminatını isə fevralın 28-nə qədər MHM-ə (Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 185 ünvanına) təqdim etməlidirlər. 

Təkliflərə martın 1-də adı çəkilən ünvanda baxılacaq. 

Satın alınacaq proqram təminatı MHM daxil olmaqla RYTN-nin Bakıdakı 17 qurumunda tətbiq olunacaq. Proqram təminatının quraşdırılması və işə salınması ilə əlaqədar görülən işlərin tələb olunan müddəti 2 il nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi