Məcburi köçkün uşaqları üçün İKT üzrə növbəti Tədris Düşərgəsinə start verilib

Məcburi köçkün uşaqları üçün İKT üzrə növbəti Tədris Düşərgəsinə start verilib Bakı. 24 dekabr. REPORT.AZ/ Dekabrın 22-də Mingəçevirdə məcburi köçkün uşaqları üçün İKT üzrə növbəti intensiv Tədris Düşərgəsinin təqdimatı keçirilib.
İKT
24 Dekabr , 2018 13:16
Məcburi köçkün uşaqları üçün İKT üzrə növbəti Tədris Düşərgəsinə start verilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Dekabrın 22-də Mingəçevirdə məcburi köçkün uşaqları üçün İKT üzrə növbəti intensiv Tədris Düşərgəsinin təqdimatı keçirilib.

"Report"a daxil olan məlumatda bildirilir ki, “Code for Future” ("Gələcəyi kodlaşdır") şüarı ilə həyata keçirilən layihənin açılış mərasimində iştirak edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələrinə, müəllim və valideynlərə proqram barədə geniş məlumat verilib. 

“Code for future” proqramının həmtəsisçisi Şəms Mustafayeva çıxış edərək, gələcəyin innovatorlar nəsli üçün İKT biliklərinin mənimsənilməsinin əhəmiyyətini ifadə edib. O, bildirib ki, layihənin əsas məqsədi Mingəçevir şəhər ərazisində məskunlaşmış məcburi köçkün məktəblilərinin İT savadlılığının artırılması və kodlaşdırma (programlaşdırma) bacarıqlarını inkişaf etdirilməsi, müəllimlərin tədris potensialını gücləndirilməsidir.

2019-cu ilin yanvar ayında 60 iştirakçının seçim prosesi aparılacaqdır (ərizə qəbulu, test-imtahan). Həmçinin ölkəmizin ən qabaqcıl müəllimlərinin iştirakı ilə 25 yanvar – 3 fevral 2019-ci il tarixlərində seçilmiş 60 köçkün uşaqları üçün 10 günlük sürətləndirilmiş tədris düşərgəsinin (bootcamp) keçirilməsi planlaşdırılır.

“Code for Future” proqramı komandasının rəhbəri Xalisə Şahverdi isə bildirib ki, ölkənin İKT üzrə qabaqcıl və təcrübəli müəllimləri tərəfindən tədris olunacaq proqram çərçivəsində məktəblilər proqramlaşdırmanın əsaslarını öyrənəcək, Scratch, HTML və CSS kimi proqramlaşdırma dilləri ilə yaxından tanış olacaqlar.

Məlumat üçün qeyd edək ki, “Code for Future” proqramı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənir.

Məktəblilərə dəqiq elmləri öyrətməyi, yeni kəşflər etməyi və yeni dostluqlar qazandırmağı qarşısına məqsəd qoyan İKT üzrə intensiv Tədris Düşərgəsində iştirak pulsuzdur. Bənzər layihə ilk olaraq 5-14 sentyabr 2018-ci il tarixlərində Cəbrayıl rayonundan olan məcburi köçkün uşaqlar üçün Biləsuvar rayonu ərazisində uğurla həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi