“McAfee” IPO hesabına 740 milyon dollar vəsait cəlb edib

“McAfee” IPO hesabına 740 milyon dollar vəsait cəlb edib ABŞ-ın antivirus proqram təminatı istehsalçısı - “McAfee” şirkəti səhmlərinin ilkin kütləvi tədavülünü (IPO) həyata keçirib.
İKT
1077
22 Oktyabr , 2020 17:54
“McAfee” IPO hesabına 740 milyon dollar vəsait cəlb edib

ABŞ-ın antivirus proqram təminatı istehsalçısı - “McAfee” şirkəti səhmlərinin ilkin kütləvi tədavülünü (IPO) həyata keçirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, şirkət hər birinin nominal dəyəri 20 ABŞ dolları olan 37 milyon səhm yerləşdirərək 740 milyon ABŞ dolları vəsait cəlb edib.

Son nəticədə “McAfee”nin bazar dəyəri 8,6 milyard ABŞ dollarına çatıb. Şirkətin qiymətli kağızları sabahdan başlayaraq Nyu-Yordakı NASDAQ fond birjasında MCFE tikeri altında təkrar bazara çıxarılacaq.

Xatırladaq ki, 2019-cu ildə “McAfee” 2,6 milyard ABŞ dolları gəlir əldə etsə də, şirkətin xərcləri bundan çox olub və ötən ili 236 milyon ABŞ dolları xalis zərərlə başa vurub. Bu ilin I yarısında isə “McAfee” 1,4 milyard ABŞ dolları gəlir, 31 milyon ABŞ dolları xalis mənfəət əldə edib. İyulun 1-nə şirkətin 4,8 milyard ABŞ dolları borcu olub. Bu borcun bir hissəsi IPO-dan əldə olunan vəsait hesabına qaytarılacaq.

Son xəbərlər

Orphus sistemi