​Martda telefon nömrəsi üzrə axtarış sistemindən istifadə sayı 71 mini keçib

​Martda telefon nömrəsi üzrə axtarış sistemindən istifadə sayı 71 mini keçib Sözügedən e-xidmət həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanı verir
İKT
12 Aprel , 2015 09:06
​Martda telefon nömrəsi üzrə axtarış sistemindən istifadə sayı 71 mini keçib

Bakı. 11 aprel. REPORT.AZ/ “Elektron hökumət” portalı üzərindən göstərilən elektron xidmətlərdən istifadə üzrə aylıq statistikaya görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) bir neçə e-xidməti ən çox istifadə olunan xidmətlər sırasında yer alır.

“Report” nazirliyə istinadən məlumar verir ki, bu e-xidmətlərdən biri də RYTN-in “Telefon nömrəsi üzrə axtarış” xidmətidir. Mart ayında sözügedən xidmətdən 71 101 dəfə istifadə edilib. Xidmət ölkə üzrə ən çox istifadə olunan elektron xidmətlər sırasında 3-cü yerdə qərarlaşıb.

Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur.

Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Sözügedən e-xidmət həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanı verir.

Son xəbərlər

Orphus sistemi