Mark Sukerberq dünya liderlərini interneti inkişaf etdirməyə səsləyib

Mark Sukerberq dünya liderlərini interneti inkişaf etdirməyə səsləyib Bunu Facebook təsisçisi Asiya-Sakit okean iqtisadi əməkdaşlıq sammitində çıxışı zamanı dilə gətirib
İKT
20 Noyabr , 2016 05:39
Mark Sukerberq dünya liderlərini interneti inkişaf etdirməyə səsləyib

Bakı. 20 noyabr. REPORT.AZ/ Facebook sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq dünya liderlərini interneti inkişaf etdirməyə səsləyib.

“Report” Associated Press agentliyinə istinadən xəbər verir ki, bunu Facebook təsisçisi Asiya-Sakit okean iqtisadi əməkdaşlıq sammitində çıxışı zamanı dilə gətirib.

Sukerberq həmçinin “qoşulma deklarasiyası”nı imzalamaqla Facebook və digər bu kimi şirkətlərlə əməkdaşlıq etməyə çağırıb. Onun sözlərinə görə, bu sənədə qoşulmaqla yaradılan infrastruktur daha çox insanın internetə çıxışını təmin edəcək.

Son xəbərlər

Orphus sistemi