Lixtenşteyn rəsmisi: "Blokçeyn və rəqəmsal aktivlərin uğurlu tətbiqi üçün zəmin hazırlanmalıdır"

Lixtenşteyn rəsmisi: "Blokçeyn və rəqəmsal aktivlərin uğurlu tətbiqi üçün zəmin hazırlanmalıdır" Hökumətlər blokçeyn və rəqəmsal aktivlərin uğurlu tətbiqi üçün zəmin hazırlamalıdırlar.
İKT
11 Sentyabr , 2024 12:47
Lixtenşteyn rəsmisi: Blokçeyn və rəqəmsal aktivlərin uğurlu tətbiqi üçün zəmin hazırlanmalıdır

Hökumətlər blokçeyn və rəqəmsal aktivlərin uğurlu tətbiqi üçün zəmin hazırlamalıdırlar.

"Report" xəbər verir ki, bunu Lixtenşteyn hökumətinin maliyyə innovasiyaları ofisinin direktor müavini Anjelika Layr Bakıda keçirilən "Chain Reaction 2024" forumu çərçivəsində təşkil edilmiş "Mədəniyyət olaraq innovasiyalar" adlı panel müzakirəsində bildirib.

"Bizim vəzifəmiz belə bir "meydan" yaratmaqdır. Biz elə bir zəmin hazırlamalıyıq ki, oyunçular bu "meydan"da sərbəst oynaya bilsinlər. Lixtenşteyndə biz məhz bunu etdik, söhbət blokçeyn və ümumilikdə rəqəmsal aktivlərdən gedir. İlk olaraq düşündük: bizə nə lazımdır? Birinci məsələ tənzimləmədir ki, bu da həm xeyir verə, həm də problem yarada bilər. Biz bazarı qaydalarla yükləməməyə çalışdıq. 2020-ci ildə biz blokçeyn və etibarlı xidmət təminatçıları haqqında qanunu qəbul etdik, bütün iştirakçılar üçün hüquqi baza və hüquqi müəyyənlik yaratdıq. İkinci addım bazarla əlaqə yaratmaq oldu. Biz hesab edirik ki, əhali və şirkətlərlə danışmaq vacibdir, çünki biz texnologiyaları və innovasiyaları başa düşməliyik ki, onları dövlət qərarlarına uyğunlaşdırmaq mümkün olsun", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi