Koreya Respublikasının səlahiyyətliləri KXDR-dən olan hakerlərin koronavirusa qarşı peyvənd hazırlanması texnologiyalarını əldə etməyə çalışdıqları barədə məlumatlara sahibdirlər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Kəşfiyyat Xidmətinin qapalı brifinqində iştirak edən cənubi koreyalı deputat Ha The Qyon bildirib.
Deputat qeyd edib ki, daha əvvəl Almaniyadan olan ortağı “BioNTech” ilə əməkdaşlıq edərək koronavirusa qarşı peyvənd hazırlayan ABŞ-ın “Pfizer” şirkətinə kiberhücum edilməsi məlum idi.
Xatırladaq ki, ötən il dekabrın 9-da Avropa Dərman Agentliyindən kiberhücum olduğu açıqlanmış, naməlum hakerlərin üçüncü şəxslərə məxsus koronavirusa qarşı dərmanlar və peyvənd ilə bağlı məlumatlar əldə etdikləri bildirilmişdi. Kiberhücum nəticəsində onların peyvəndlərinə dair bəzi məlumatlar ələ keçirilmişdi.