Koronavirusla mübarizə məqsədilə virtual hakaton keçiriləcək

Koronavirusla mübarizə məqsədilə virtual hakaton keçiriləcək Aprelin 9-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC-nin təşkilatçılığı ilə virtual hakaton işə başlayacaq.
İKT
285
3 Aprel , 2020 17:00
Koronavirusla mübarizə məqsədilə virtual hakaton keçiriləcək

Aprelin 9-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC-nin təşkilatçılığı ilə virtual hakaton işə başlayacaq.

"Report"un məlumatına görə, dörd gün davam edəcək forumda məqsəd koronavirus pandemiyası ilə mübarizədə texnoloji həlləri bir araya gətirməkdən ibarətdir. 

Azərbaycan Turizm Bürosu və PAŞA Bank koronavirus pandemiyası ilə mübarizəyə yönəldilən virtual hakatona qoşulan və dəstək verən ilk əsas tərəfdaşlardandır. Dünyada koronavirus pandemiyasının yayılması hər bir təşkilatı və qurumu bu virusla mübarizə yollarını axtarmasına, həmçinin texnoloji həlləri yaratmasına keçidi tezləşdirir.

Turizm sənayesi iqtisadiyyatın koronakrizisdən ən çox ziyan çəkmiş sahələrindən biridir və hazırda həm yerli, həm də dünya turizm sənayesində yeni innovativ, o cümlədən rəqəmsal həllərin meydana gəlməsi olduqca vacibdir. Ümümiyyətlə, koronavirusun təsirini maksimum dərəcədə azaltmaq üçün rəqəmsal keçidin sürətini artırmaq, ölkədə rəqəmsal və distant tətbiqlərin inkişaf etdirilməsi olduqca zəruridir. 

Hakatonda iştirak etmək istəyənlər www.hackcov19.com saytında qeydiyyatdan keçməli və öz komandası, ideyası və həmin ideyanın yuxarıda sadalanan çətinlikləri necə aradan qaldıracağı haqqında məlumatı təqdim etməlidir. İdeyalarını təkmilləşdirmək üçün sizin bir həftə vaxtınız var. Mentorlarla işləməklə həmin həll yolları milli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə onlayn formada təqdim ediləcək. Qiymətləndirmədə üstünlük ən tez həyata keçirilə biləcək ideyalara veriləcək. Hakatonun mükafat fondu – 10 000 ABŞ dollarıdır.

Son xəbərlər

Orphus sistemi