Kiberhücumlar üçün “Microsoft”un məhsullarından istifadə edilib

Kiberhücumlar üçün “Microsoft”un məhsullarından istifadə edilib “Microsoft” şirkəti kütləvi haker hücumuna məruz qalıb.
İKT
18 Dekabr , 2020 06:13
Kiberhücumlar üçün “Microsoft”un məhsullarından istifadə edilib

“Microsoft” şirkəti kütləvi haker hücumuna məruz qalıb.

“Report”un məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verir.

Bundan əvvəl Amerika mətbuatı ABŞ-ın bir sıra nazirlik və idarələrinin haker hücumuna məruz qaldığını bildirmişdi.

Agentliyin məlumatına görə, “Microsoft”un məhsulları “SolarWinds” şirkətinin proqramı ilə edilən ardıcıl kiberhücumlar nəticəsində yoluxub. Daha sonra “Microsoft” məhsulları digər obyektlərə hücum üçün istifadə edilib. “Microsoft” şirkəti isə irəli sürülən iddiaları təkzib edib.

Xatırladaq ki, kiberhücumların əsas hədəfi ABŞ-ın dövlət qurumları olub. Hücumlar müdafiə, maliyyə, daxili təhlükəsizlik və ticarət nazirliklərinin yanında dövlət departamentinə edilib. Bundan əlavə, ABŞ Enerji Nazirliyi və Milli Nüvə Təhlükəsizliyi İdarəsi də zərər çəkib.

Qeyd olunub ki, kiberhücumlar Rusiya tərəfindən edilib. Lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin bununla heç bir əlaqəsi olmadığını söyləyib.

Son xəbərlər

Orphus sistemi