Kiber müharibə, yoxsa hibrid müharibə? - Ekspert fərqləri açıqlayır

Kiber müharibə, yoxsa hibrid müharibə? - Ekspert fərqləri açıqlayır Azərbaycan 44 günlük Vətən müharibəsi ilə həm özünün, həm də dünya hərb tarixinə yeniliklər gətirdi. Ermənistana qarşı əks-hücum əməliyyatlarının getdiyi müddətdə dünya birliyi, hərbi dairələr bu müharibənin 4-cü nəslə aid olduğunu, ölkəmizin tarixi yenil
İKT
18 Mart , 2022 11:06
Kiber müharibə, yoxsa hibrid müharibə? - Ekspert fərqləri açıqlayır

Azərbaycan 44 günlük Vətən müharibəsi ilə həm özünün, həm də dünya hərb tarixinə yeniliklər gətirdi. Ermənistana qarşı əks-hücum əməliyyatlarının getdiyi müddətdə dünya birliyi, hərbi dairələr bu müharibənin 4-cü nəslə aid olduğunu, ölkəmizin tarixi yeniliklərə imza atdığını qeyd edirdi. Müharibədən sonra bir sıra ölkələr silahlı qüvvələrinin sərəncamında olan hərbi texnikanı yenidən nəzərdən keçirməyə başladı. Bu ölkələrdən biri də Ukrayna idi. Azərbaycanın Türkiyədən aldığı “Bayraktar” dronlarını erməni silahlılarına qarşı uğurla tətbiq etməsi rəsmi Kiyevi onları almağa vadar etmişdi.

Fevralın 24-də Rusiyanın Ukraynaya hücumu ilə başlamış və hazırda davam edən müharibədə də “Bayraktar” sözünü deyir. Bir sıra ekspertlər iki ölkə arasında hərbi qarşıdurmanı "Kiber müharibə" və yaxud "hibrid müharibə" kimi qiymətləndirir.

"Report"a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov isə deyir ki, bu anlayışları eyniləşdirmək olmaz, onların arasında fərqlər var: “Hibrid müharibə qeyri-səlis taktikalardan ibarət müharibə növüdür və bir çox sferalar üzrə hücum taktikalarının təxribat xarakterli tətbiq edildiyi planlaşdırılmış, strateji hücum kombinasiyasıdır. Hücum ediləcək ölkəyə görə spesifik olaraq konfigurasiya dəyişir.

Hibrid müharibə zamanı taktiki olaraq bütün istiqamətlər üzrə paralel və ardıcıl olaraq strateji hücumlar təşkil edilir. Bu hücumlar hər bir ölkənin individual xüsusiyyətləri nəzərə alınaraq əsasən siyasi, iqtisadi, psixoloji, hərbi, sosial, kiber hücum və s. kimi bu çox kombinasiya edilmiş istiqamətlərdən təşkil edilir.

Hibrid müharibənin əsas faktoru budur ki, bu əməliyyatlar (təxribatlar) gizli aparılır. İnformasiya texnologiyalarının inkişaf tempi daha sürətli olduğu üçün artıq hibrid müharibə rəqəmsal platformalarda özünü daha çox büruzə verir. Belə ki, kiberhücumların sayı və tipi günbəgün artır.

Bu istiqamətdə də yeni taktikalar və hücum kombinasiyaları tətbiq edilir. Hədəf siyahısında əsasən rəqamsal dünyanın ən böyük aktivləri sosial media, mətbuat, dövlət qurumlarına aid portallar, rəqəmsal iqtisadiyyat və bank sektoru, böyük korporasiyaların rəqəmsal həlləri yer alır. Deyərdim ki, bu siyahı hər gün genişlənir.

Hər bir halda hibrid müharibə dedikdə bir başa kiberhücumlar da nəzərdə tutulmamalıdır. Amma bunu yeni yaranan kiber orduların müharibəsi kimi başa düşülməsi fikri kökündən səhvdir. Bir daha təkrar edirəm ki, hibrid müharibə ölkəyə görə, orada baş verən hadisələrə görə dəyişir. Bəzi ölkələrdə müxalifətə dəstək verilməsi və yaxud üsyançıların maddi texniki bazasının artırılmasına dəstək verilməsi məqsədi ilə də bu aktul taktikalardan istifadə olunur. Hibrid müharibə hər bir halda hərbi müharibə növlərindən biridir və kiberhücumlar hibrid müharibənin ünsürlərindən biri hesab edilməlidir”.

Son xəbərlər

Orphus sistemi