Kəlbəcərin kosmosdan görüntüsü

Kəlbəcərin kosmosdan görüntüsü "Azərkosmos" ASC bu gün işğaldan azad olunmuş Kəlbəcər rayonunun “Azersky” peyki ilə çəkilmiş görüntüsünü yayıb.
İKT
3145
25 Noyabr , 2020 09:53
Kəlbəcərin kosmosdan görüntüsü
0 : 00
0 : 00

"Azərkosmos" ASC bu gün işğaldan azad olunmuş Kəlbəcər rayonunun “Azersky” peyki ilə çəkilmiş görüntüsünü yayıb.

"Report"un məlumatına görə, səhmdar cəmiyyətinin bununla bağlı açıqlamasında deyilir:

"Ali Baş Komandan İlham Əliyevin diplomatik danışıqlar müstəvisində böyük ustalığı və ordumuzun döyüş meydanında göstərdiyi şücaəti sayəsində torpaqlarımızın hər bir qarışı erməni işğalından azad olur.

İşğal dövrü ərzində Kəlbəcər rayonunda xeyli sayda tarixi-mədəniyyət abidəsi, muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni vandalları tərəfindən xarabalığa çevrilib.

Rayonun ərazisindəki Qafqaz Albaniyası memarlığının nümunəsi olan “Xudavəng” və “Gəncəsar” monastır kompleksləri ermənilərin təcavüzünə məruz qalıb, işğalçı tərəfindən bu məbədlər erməni kilsəsi kimi təqdim olunublar. Kəlbəcəri tərk edərkən evləri, meşələri yandıraraq rayonun ekoloji durumuna ziyan vermələri erməni barbarlığının ən son nümunəsidir".

Bu gündən etibarən Kəlbəcər azaddır! Biz qalib gəldik!

Kəlbəcər Azərbaycandır! Qarabağ Azərbaycandır!"

Son xəbərlər

Orphus sistemi