​"KaTV1" yeni aksiyaya start verib

​"KaTV1" yeni aksiyaya start verib Kabel televiziyası yayda internetdən pulsuz istifadə etməyi təklif edir
İKT
13 İyun , 2016 20:16
​KaTV1 yeni  aksiyaya start verib

Bakı. 13 iyun. REPORT.AZ/ "KaTV1"in internet xidmətlərinə qoşulmaq istəyən abunəçilər sadəcə bu il sentyabrın abunə haqqını öncədən ödəməklə bütün yayı internetdən pulsuz istifadə edə bilərlər. 

Bu, “AG Telecom”  (“KaTV1” ticarət nişanı) kabel televiziyası şirkətindən "Report"a daxil olan məlumatda bildirilib. 

Məlumata görə, kampaniya iyulun 31-dək qüvvədədir.

Qeyd edək ki,  bu yay "KaTV1"nin bütün internet istifadəçilərinə (istifadə etdiyi paketdən asılı olmayaraq) 100 Mbit/s-lik internet veriləcək.

Bundan əlavə, "KaTV1" kompüter, noutbuk və televizorların diaqnostika və konsultasiyası üçün mütəxəssisin güzəştli çağırılması xidmətini də təklif edir. "KaTV1" abunəçiləri üçün bu xidmətin dəyəri 5 AZN təşkil edir. Bunun üçün (012) 127 nömrəsinə zəng etmək lazımdır. 

Son xəbərlər

Orphus sistemi