“Kaspersky” yeni həll yaradıb

“Kaspersky” yeni həll yaradıb Bakı. 6 aprel. REPORT.AZ/ “Kaspersky Lab” şirkəti sonuncu qurğularda təhdidləri dərhal aşkarlayan və kiberhadisələrə reaksiya göstərən yeni nəsil korporativ həll təqdim edib.
İKT
6 Aprel , 2018 20:20
“Kaspersky” yeni həll yaradıb

Bakı. 6 aprel. REPORT.AZ/ “Kaspersky Lab” şirkəti sonuncu qurğularda təhdidləri dərhal aşkarlayan və kiberhadisələrə reaksiya göstərən yeni nəsil korporativ həll təqdim edib. 

Bu barədə “Report”a şirkətin Bakıdakı nümayəndəliyindən bildirilib.

Məlumata görə, “Kaspersky Endpoint Detection and Response” (KEDR) məhsulu əməkdaşların iş yerlərində şübhəli prosesləri və anomaliyanı fasiləsiz təqib edir, bütün yığılmış məlumatları rahat vizual şəkildə təqdim edir, təhdidləri müəyyənləşdirir və hadisələrə reaksiya verir. Beləliklə, sözügedən həll reaksiyanın cavab vaxtını minimuma endirərək korporativ şəbəkəyə zərərli olan proqramları və müdaxilələrin axtarışı prosesini xeyli avtomatlaşdırır.

“Kaspersky”nin EDR komponenti hədəflənmiş hücümlara qarşı müdafiə məqsədi ilə “Kaspersky Anti Targeted Attack Platform” ilə sıx inteqrasiya olunub.

“Bu gün təhdidlərə qarşı reaksiya sürəti olduqca vacibdir. “Kaspersky Lab”ın tədqiqatına əsasən, şirkət üçün böyük maddi ziyana gətirib çıxara biləcək təhdidlərin əksəriyyəti kibertəhlükələrdən və cihazların vizual nəzarətin olmamasına görə yayılır. Məsələn, vaxtında müəyyən edilməmiş hədəf hücumları 977 min dollaradək zərər yetirə bilər. Bu iki amilin köməyi ilə əksər hallarda hədəfli hücumlar ən azı altı ay şirkət üçün əhəmiyyətsiz olur. Birincisi, gizli təhdidləri axtarışı hələ də məlumat dəstləri arasında anomaliyaları axtaran informasiya təhlükəsizlik mütəxəssisləri tərəfindən həyata keçirilir. İkincisi isə, hətta sistemdə şübhəli fəaliyyət aşkar edildikdən sonra İT-mütəxəssislər çox zaman təhlükələrin dərəcəsini qiymətləndirə bilmirlər, çünki bunun üçün təhlil informasiya təhlükəsizliyi sahəsində, xüsusilə də rəqəmsal kriminalistikada dərin biliklər və bacarıqlar tələb olunur” - açıqlamada deyilir.

Şirkətdən bildirilib ki, “Kaspersky EDR” vəziyyəti əsaslı şəkildə dəyişməyə imkan verəcək. Bu həlldə təşkilat üçün mümkün zərərin qarşısını almaq üçün hər cür (həmçinin görünməyən) təhlükələrin avtomatik olaraq aşkarlanmasına, eləcə də vaxtlı və adekvat reaksiya vermək yanaşması realizə olunub. Bununla belə, bütün idarəetmə vahid interfeys vasitəsilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi