"Kaspersky" startaplara yardım edəcək

"Kaspersky" startaplara yardım edəcək Kaspersky" startaplara yardım edəcək
İKT
6 Avqust , 2020 16:52
Kaspersky startaplara yardım edəcək

"Kaspersky" kiçik və orta sahibkarlığı qorumaq üçün həllər üzərində işləyən startaplar axtarmağa başlayır.

Bu barədə "Report"a şirkətdən məlumat verilib.

Məlumatda deyilir ki, "Kaspersky", "Kaspersky Open Innovation Program" (Kaspersky Açıq İnnovasiya Proqramı) təşəbbüsü çərçivəsində beynəlxalq startap seçimlərinin yeni mərhələsini elan edir. Bulud mühitlərinin, məlumatların, tətbiqlərin, şəbəkələrin təhlükəsizliyini təmin edən məhsullar da daxil olmaqla, kiçik şirkətlər üçün təhlükəsizlik həllərinin hazırlanması ilə məşğul olan startaplar iştiraka dəvət olunurlar. Hüquqi qeydiyyata, məhsula və ya prototipə və bir neçə icra edilmiş sövdələşməyə və ya reallaşdırılmış pilot layihələrə malik startapların müraciətləri nəzərdən keçiriləcəkdir. Qazanan startaplar şirkətin müştəri və tərəfdaş bazasına daxil olmaq perspektivi fonunda "Kaspersky" ilə birgə pilot layihəyə başlamaq imkanı əldə edəcək. Onlara mentor dəstəyi də veriləcək.

"Kaspersky", layihələrin qiymətləndirilməsini texniki cəhətdən nə dərəcədə hazır olmaları və inkişaf üçün gələcək imkanları baxımından aparacaq. Startapların seçilməsi ilə bağlı qərarlar, təklif olunan məhsulların və ya texnologiyaların kiçik və orta sahibkarlığın konkret problemlərini həll etməyə nə dərəcədə qadir olduqları nəzərə alınmaqla qəbul ediləcək.

Startap axtarışı üçün dörd innovativ platformadan istifadə ediləcək: "GoTech", "Dsight", "Axis Innovation" və "F6S".

"Kiçik şirkətlər iqtisadiyyatın dünya üzrə milyonlarla insanın çalışdığı böyük bir sektorudur. Kiçik və orta sahibkarlığın üzləşdiyi çətinliklər böyük təşkilatların üzləşdikləri çətinliklərə bənzəyir. Kiçik şirkətlərə biznesin inkişafına fokuslanmağa, bununla da diqqəti kibertəhlükəsizlik məsələlərinə çəkməməyə kömək edəcək həllər tapmaq üçün yeni startap seçimi elan edirik," Kaspersky-nin investisiya və innovasiya mərkəzinin rəhbəri Vitali Mzokov deyib.

Ərizələrin qəbulu üçün son tarix 13 sentyabr 2020-ci ildir. Startapların seçim prosesi 29-30 sentyabr 2020-ci il tarixlərində baş tutacaq Online Demo Selection Days (Onlayn Demo Seçim Günləri) onlayn tədbiri ilə başa çatacaq.

Son xəbərlər

Orphus sistemi