Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib Karantin məhdudiyyətləri ən çox “Microsoft”un bulud xidmətlərinə təsir edib
İKT
745
28 Oktyabr , 2020 17:09
Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç ay ərzində şirkət 37,2 milyard ABŞ dolları qazanmağa (əvvəlki ilə nisbətən 12% çox) müvəffəq olub, onun xalis mənfəəti isə 30% artaraq 13,9 milyard ABŞ dollarına çatıb.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bütün bunlar əsasən insanların distant çalışmağa və təhsilə, eləcə də daha çox kompüter oyunları oynamağa başlaması ilə nəticələnən karantin məhdudiyyətləri səbəbindən baş verib.

Karantin məhdudiyyətləri ən çox “Microsoft”un bulud xidmətlərinə təsir edib. “Azure” bulud platformasının özünün gəliri illik müqayisədə 48%, bütün bulud xidmətləri bölməsininki isə 20% artıb. Ofis işçilərinin məsafədən iş rejiminə keçirilməsi “Office 365”in biznes üçün satışlarını 21% artırıb, fərdi müştərilərə ofis tətbiqetmələrinin və bulud xidmətlərinin satışından əldə olunan gəlir rübün sonunda 13% artıb.

“Surface” noutbuklarının və leptoplarının satışları 37% artıb. Bu seriyadan heç bir yeni məhsulun təqdim edilmədiyini nəzərə alsaq, bu, rüb üçün qeyri-adi dərəcədə yüksək göstəricidir. Karantin məhdudiyyətləri səbəbindən “Xbox” istifadəçilərinin oyun oynamaq üçün daha çox vaxtı olub və bu, “Microsoft” üçün gəlir artımı deməkdir. Özü də keçən ilə nisbətən düz 30% artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi