İyunda Azərbaycanın mobil cihaz bazarının lideri müəyyənləşib
- 02 iyul, 2024
- 10:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin iyun ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 37,5 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin iyun hesabatına istinadən verdiyi məlumata görə, bu, may ayına nisbətən 8,78 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 1,42 faiz bəndi çoxdur. Bununla da iyun ayı ərzində şirkət bazar payını 31 % artırıb.
İkinci pillədəki “Xiaomi”nin bazar payı müvafiq olaraq 3,55 faiz bəndi və 2,59 faiz bəndi artaraq 29,79 % olub.
Növbəti sıradakı “Apple”ın bazar payı müvafiq olaraq 2,91 faiz bəndi və 4,28 faiz bəndi azalaraq 12,82 % təşkil edib.
Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin payı müvafiq olaraq 6,15 faiz bəndi azalaraq və 1,93 faiz bəndi artaraq 10,96 % olub.
İlk beşliyi 4,3 % bazar payı ilə “Honor” qapayır. Şirkətin bazar payı əvvəlki aya nisbətən 2,98 faiz bəndi azalıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 3,16 faiz bəndi artıb.