İT şirkətlərinin xaricdə qazandıqları vəsaitlərin Azərbaycana gətirilməsi asanlaşa bilər
- 10 dekabr, 2021
- 10:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərində çalışan insanlara vergi güzəştləri tətbiq oluna bilər.
“Report”un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu sahədə fəaliyyət göstərən şirkətlərlə görüşlər keçirilib və onların müəyyən dərəcədə xahişləri də var: “Onlar xüsusilə, vergi güzəştləri və xaricdə qazandıqları vəsaitlərin Azərbaycana gətirilməsini daha asanlaşması ilə bağlı məsələlər maraqlandırır. Bizim tərəfimizdən araşdırmalar aparılır. Yaxın gələcəkdə bu istiqamətdə istənilən halda addımlar atılacaq".
T. Mirkişili qeyd edib ki, İT sahəsində çalışan insanlar onsuzda 8 il müddətinə gəlir vergisindən azaddır, halbuki bir çox ölkədə güzəşt yalnız 1-2 % təşkil edir: "Biz bunu Rusiya, Polşa, Belarus, Ukraynada müşahidə edirik”.
Millət vəkili bildirib ki, beyin axını və yaxid mütəxəssis axını bizi də narahat edən məsələlərdən biridir: “Düşünürük ki, biz də qonşu və digər ölkələrdə qəbul olunmuş, yəni İT bazarlarla bağlı qanunvericiliyimizi uyğunlaşdırmalıyıq ki, insanlar üçün Azərbaycanda da işləyib, yaşayıb, yaratmaq həm komfortlu olsun, həm də digər ölkələrin qanunvericilik təşəbbüsləri onlar üçün cəlbedci olmasın”.