İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

İsrailli mütəxəssis: "Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək” Gələcəkdə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində tələbələrə yerli mütəxəssislər dərs deyəcək.
İKT
5 Aprel , 2023 18:04
İsrailli mütəxəssis: Gələcəkdə Kibertəhlükəsizlik Mərkəzində yerli mütəxəssislər dərs deyəcək”

Gələcəkdə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində tələbələrə yerli mütəxəssislər dərs deyəcək.

Bunu “Report”a açıqlamasında Mərkəzin rəhbəri Daniel Hoffman deyib.

İsrailli mütəxəssisin sözlərinə görə, xarici mütəxəssisləri tədricən yerli mütəxəssislər əvəz edəcək.

“Bu layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Technion” Universitetinin əməkdaşlığı nəticəsində icra olunub. Hazırda “Red team” və “Green team” adlandırdığımız hücum və müdafiə qruplarına təlimlər keçilir. Ümumilikdə 3 il müddətində 1 000 mütəxəssislərin hazırlanması nəzərdə tutulur”, - deyə mütəxəssis qeyd edib.

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini “PAŞA Holding” MMC-nin dəstəyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təsis edib. Ölkənin kibertəhlükəsizlik imkanlarını gücləndirmək məqsədilə yaradılan mərkəz bu sahədə yüksək ixtisaslı mütəxəssis və təlimçilərin yetişdirilməsində əsas mərkəz rolunu oynayacaq. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 15 təlimçinin yetişdirilməsi sayəsində gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması geniş vüsət alacaq.

Kibertəhlükəsizlik sahəsində regionda lider ölkələrdən hesab edilən İsrailin peşəkar müəllim heyəti Azərbaycana gələrək təlim iştirakçılarını ən son kibertəhlükəsizlik təhdidlərini, tendensiyaları və ən yaxşı təcrübələri əhatə edən bilik və bacarıqlarla təmin edəcəklər. Mərkəzdə ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və laboratoriyalar yaradılıb. Tələbələr həmin laboratoriyalarda tədqiqat apara, müxtəlif kibertəhlükəsizlik məhsulları yarada biləcəklər.

Son xəbərlər

Orphus sistemi