İqtisadiyyat Nazirliyi AVİS-in fəaliyyətini təmin edən lisenziya alır

İqtisadiyyat Nazirliyi AVİS-in fəaliyyətini təmin edən lisenziya alır İqtisadiyyat Nazirliyinin “Tikinti-Təchizat Birliyi” MMC "Dəstək xidmətinin göstərilməsinin, Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) fəaliyyətini təmin edən lisenziyanın, SSL sertifikatının və domen adı"nın satın alınması ilə bağlı elan etd
İKT
4 May , 2022 16:00
İqtisadiyyat Nazirliyi AVİS-in fəaliyyətini təmin edən lisenziya alır

İqtisadiyyat Nazirliyinin “Tikinti-Təchizat Birliyi” MMC "Dəstək xidmətinin göstərilməsinin, Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) fəaliyyətini təmin edən lisenziyanın, SSL sertifikatının və domen adı"nın satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Cybernet" MMC-dir.

Qalib şirkətə 6 milyon 840,1 min manat ödəniləcək.

Xatırladaq ki, Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”na uyğun olaraq işlənib hazırlanmış və 2006-cı ildə tətbiqinə başlanılıb. AVİS sistemi "Cybernet" tərəfindən qurulub.

Son xəbərlər

Orphus sistemi