iPhone istifadəçiləri tətbiq yükləyərkən şifrə soruşulmayacaq

iPhone istifadəçiləri tətbiq yükləyərkən şifrə soruşulmayacaq “Apple” pulsuz tətbiqlərini və iTunes məzmunlarını endirən istifadəçilərindən şifre soruşmayacaq.
İKT
23 Mart , 2015 15:53
iPhone istifadəçiləri tətbiq yükləyərkən şifrə soruşulmayacaq

Bakı. 23 mart. REPORT.AZ/ iOS 8.3-ün 3-cü beta versiyasını istifadəyə verən Apple, iPhone istifadəçilərinin işini asanlaşdırmağa hazırlaşır.

“Report” “9to5mac” saytına istinadən xəbər verir ki, “Apple” xüsusi marketi olan “App Store”daki pulsuz tətbiqlərini və iTunes məzmunlarını endirən istifadəçilərindən şifrə soruşmayacaq.

Touch ID və ya şifrə vasitəsilə hər dəfə tətbiq yükləməzdən əvvəl istifadəçilərdən təsdiq şifrəsi istəyən App Store istifadəçilərin edəcəyi nizamlamaların ardından pulsuz tətbiqləri endirərkən şifrə istəməyəcək. Hələki “default” olduğu üçün bu xüsusiyyət bağlı saxlanılır. Ancaq istifadəyə veriləcək son versiyadan gələn reaksiyalara uyğun olaraq dəyişikliklər ediləcək. 

Son xəbərlər

Orphus sistemi