"IPhone 8" smartfonlarının satışı gözləniləndən xeyli zəif olub

"IPhone 8" smartfonlarının satışı gözləniləndən xeyli zəif olub Noyabrın 3-də isə "IPhone X" smartfonu satışa çıxarılcaq
İKT
27 Sentyabr , 2017 11:42
IPhone 8 smartfonlarının satışı gözləniləndən xeyli zəif olub

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Apple" şirkətinin daha əvvəl istehsal etdiyi "IPhone" telefonlarının ilk günlərdə satışları zamanı uzun növbələr müşahidə edildiyi halda, "IPhone 8"-ə maraq çox az olub. "Report" "Haberler" saytına istinadən xəbər verir ki, Londonda satışların başlamasından bir neçə saat keçsə də, cəmi 7 cihaz satılıb. Sidneydə isə 30 "IPhone 8" satışı həyata keçirilib. Mütəxəssilər satışın zəifləyəcəyini proqnozlaşdırsalar da, bunun bu dərəcədə aşağı olacağını gözləmədiklərini bildirirlər.

Nəticədə, "Apple" şirkətinin kapitallaşması sentyabrın 12-26-da 6,2% və ya 52,2 mlrd. dollar azalıb və 837,5 mlrd. dollardan 785,3 mlrd. dollara düşüb. Mütəxəssilər satışın azalmasına səbəb kimi yeni modeldə real yeniliklərin olmadığını, qiymətin yüksək olmasını və yenilənən "iOS" sisteminin batareyanı çox tez bitirdiyini göstəriblər.

Qeyd edək ki, bəzi mütəxəssilər alıcıların "IPhone X" modelini gözlədiklərini iddia edirlər. Bu model isə noyabr ayının 3-də satışa çıxarıcaq.

Son xəbərlər

Orphus sistemi