Bakı. 29 sentyabr. REPORT.AZ/ “Apple” şirkətinin son təqdim olunan məhsulları - “iPhone 6S” və “iPhone 6S Plus” smartfonları Azərbaycan bazarına oktyabr ayının sonunda çıxarılacaq. Şirkətin Azərbaycandakı rəsmi distribyutoru - "Almastore"dan “Report”a bildirilib ki, sentyabrın 25-də təqdimatı keçirilən telefonlar artıq satış üzrə rekord həddə çatıb.
Bir neçə günə 13 mln.-dan çox yeni smartfon satılıb. “iPhone 6S” və “iPhone 6S Plus” oktyabrın 9-dan etibarən İtaliya, Meksika, Rusiya, İspaniya və Tayvan daxil olmaqla 40-dan çox ölkədə satışa çıxarılacaq, Türkiyədə oktyabrın 16-dan satılacaq. İl sonuna qədər isə bu smartfonlar 130-dan çox ölkəyə idxal olunacaq.
Azərbaycan və bir sıra region ölkələrində hələ satış qiyməti müəyyənləşdirilməyən telefonların Türkiyədə 3 099-4 299 lirəyə (1 013-1 405 ABŞ dolları) satılacaq.