"iPhone 14"ün növbəti versiyası titaniumdan hazırlanacaq

"iPhone 14"ün növbəti versiyası titaniumdan hazırlanacaq Yeni smartfonun arxa hissəsi isə “MagSafe” simsiz adapterinin rəvan fəaliyyəti üçün şüşədən hazırlanacaq.
İKT
27 İyul , 2021 14:33
iPhone 14ün növbəti versiyası titaniumdan hazırlanacaq

"iPhone 14"ün ilkin versiyalarının metal hissələri paslanmaz polad əvəzinə titaniumdan istehsal olunacaq.

“Report”un “ArsTechnica”ya istinadən verdiyi xəbərə görə, “JP Morgan Chase” holdinqinin hesabatına görə, “Apple” tərəfindən 2022-ci ildə bazara çıxarılacaq yeni cihazda qeyd olunan məqam ən böyük yenilik olacaq. Belə ki, titanium cızıqlara, əyilməyə, paslanmaya poladdan daha dayanıqlı olmaqla həm də daha yüngüldür.

Yeni smartfonun arxa hissəsi isə “MagSafe” simsiz adapterinin rəvan fəaliyyəti üçün şüşədən hazırlanacaq.

Son xəbərlər

Orphus sistemi