"iOS 9"un yeniliklərinə daha biri əlavə olunub

"iOS 9"un yeniliklərinə daha biri əlavə olunub Telefon çəkilən şəkilləri avtomatik qruplaşdıracaq
İKT
9 İyul , 2015 14:47
iOS 9un yeniliklərinə daha biri əlavə olunub

Bakı. 9 iyul. REPORT.AZ/ “iOS 9” əməliyyat sisteminin gətirəcəyi bir yenilik də selfilər və telefonda olan ekran görüntüləri ilə bağlıdır. “Report”un “Independent”ə istinadən verdiyi xəbərə görə, istifadəçinin telefonu iki qovluqda olmaq üzərə çəkilən şəkilləri avtomatik qruplaşdıracaq. Bununla da istifadəçi çəkdiyi selfilərdən və digər şəkillərdən hansını silib, hansını paylaşacağına asanlıqla qərar verə biləcək. 

“iPhone”larda bu funksiyanın oxşar bir versiyası əvvəldən də olub, belə ki, sürətli keçidlə, ləng kadrlarla çəkilən fotolar və s. olmaqla fotoları və videoları telefon bir qovluqda albomlaşdırırdı. Bu xüsusiyyət hələ ki, “iOS 9 beta” versiyasında və sadəcə veb-developerlər üçün istifadəyə veriləcək.

Bununla yanaşı, sistem “Apple News” yeniliyinə gətirir ki, bunun vasitəsilə istifadəçilər “Apple Music”də daha yüksək keyfiyyətli axına malik musiqi dinləcəyəcəklər.

Son xəbərlər

Orphus sistemi