İnternetin sürətində rekord əldə edilib

İnternetin sürətində rekord əldə edilib London Universiteti Kolecinin internet texnologiyası mütəxəssisləri internetin sürətində yeni dünya rekorduna nail olublar.
İKT
24 Avqust , 2020 15:23
İnternetin sürətində rekord əldə edilib

Böyük Britaniyanın London Universitetinin internet texnologiyası üzrə mütəxəssisləri internetin sürətində yeni dünya rekordu əldə ediblər. 

“Report” “1informer.com” nəşrinə istinadən xəbər verir ki, alimlər internet trafikində 178 terabayt (178 trilyon bayt) /saniyəlik sürətə nail olublar ki, bu da ümumi istifadə olunan internet şəbəkəsinin ən yüksək sürəti 10 Gbt/s-dan 17 800 dəfə artıqdır.

Yeni əldə edilən sürət həddilə “Netflix” servisinin bütün kitabxanasını bir saniyədən də tez yükləmək mümkündür. Əvvəlki rekord isə yaponiyalı mütəxəssislər tərəfindən 2018-ci ildə əldə edilən 150 tbt/saniyədir.

Yeni sürətin geniş tətbiqi üçün bütün mövcud infrastrukturu dəyişdirmək lazım gəldiyi üçün bu, hələlik sırf elmi nəzəri əhəmiyyətə malik nailiyyət olaraq qalır. Hərçənd London Universitetinin həmin mütəxəssislər qrupu bu istiqamətdə müəyyən layihələr üzərində də çalışır.

Son xəbərlər

Orphus sistemi