Bakı. 2 iyul. REPORT.AZ/"Intel" korporasiyasının prezidenti Rene Ceyms gələn il vəzifəsini tərk edəcək.
"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, 35 ildir şirkətdə işləyən R.Ceyms 2016-ci ilin yanvar ayında vəzifəsindən ayrılacaq.
Şirkətdə digər təşkilati dəyişikliklər də baş tutacaq. Belə ki, "Intel Capital" investisiya fondunun prezidenti Arvind Sodhani də vəzifəsini tərk edəcək.
"Intel" korporasiyası 1968-ci ildə yaradılıb. Şirkət kompüter komponentlərinin geniş spektrini və elektron qurğular istehsal edir.