“Instagram” yanvarda Azərbaycandakı bazar payının 23 %-ni itirib
- 03 fevral, 2025
- 10:22
Bu ilin yanvar ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 36,04 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin yanvar hesabatına istinadən verdiyi məlumata görə, bu, 2024-cü ilin dekabr ayına nisbətən 11,05 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 1,13 faiz bəndi azdır. Beləliklə də “Instagram”ın bazar payı ötən ay ərzində 23 % azalıb.
İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı ay ərzində 9,79 faiz bəndi, il ərzində isə 7,5 faiz bəndi artaraq 25,82 %-ə çatıb.
Növbəti yerdəki “Pinterest”in bazar payı aylıq 0,77 faiz bəndi, illik müqayisədə isə 3,85 faiz bəndi azalaraq 16,14 % olub.
Dördüncü pillədəki “YouTube”un bazar payı ay ərzində 3,41 faiz bəndi, illik isə 0,09 faiz bəndi artaraq 13,38 % təşkil edib.
İlk beşliyi 5,05 %-lik bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı aylıq 1,61 faiz bəndi, illik müqayisədə isə 1,81 faiz bəndi azalıb.