“Instagram” selfiləri depressiyaya səbəb ola bilər

“Instagram” selfiləri depressiyaya səbəb ola bilər “Instagram” sosial şəbəkəsinin depressiyaya səbəb olduğu ortaya çıxıb.
İKT
17 Yanvar , 2020 13:16
“Instagram” selfiləri depressiyaya səbəb ola bilər

“Instagram” sosial şəbəkəsinin depressiyaya səbəb olduğu ortaya çıxıb.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, sosial gender sahəsində ciddi araşdırmaları ilə tanınan “Sex Roles” elmi jurnalı belə bir nəticəyə gəlib.

Mətbu orqanın 164 qadın tələbə arasında keçirdiyi sosioloji sorğu nəticəsində “Instagram”a bir ədəd selfi yükləmək üçün dəfələrlə şəkil çəkən insanların həm fiziki, həm də ruhi depressiyaya daha meyilli olduğu müəyyənləşib.

Eyni zamanda araşdırmada şəkil redaktoru proqramı, həmçinin “Photoshop”dan istifadə edən insanlarda da depressiyaya meyillilik aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi