“Instagram” bir ayda Azərbaycandakı bazar payının 1/3-ni itirib

“Instagram” bir ayda Azərbaycandakı bazar payının 1/3-ni itirib Bu ilin avqust ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 25,49 % təşkil edib.
İKT
3 Sentyabr , 2024 15:25
“Instagram” bir ayda Azərbaycandakı bazar payının 1/3-ni itirib

Bu ilin avqust ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 25,49 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin avqust hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 12,67 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 7 faiz bəndi azdır. Nəticədə sosial şəbəkə əvvəlki aya nisbətən avqustda bazar payının 33 %-ni itirib.

İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı ay ərzində 21 faiz bəndi, il ərzində isə 19,06 faiz bəndi artaraq 43,8 % təşkil edib.

Növbəti yerdəki “Pinterest”in bazar payı iyula nisbətən 2,41 faiz bəndi, 2023-cü ilin avqust ayı ilə müqayisədə 4,3 faiz bəndi azalaraq 12,43 % enib.

Dördüncü pillədəki “YouTube”un bazar payı ay ərzində 3,1 faiz bəndi, illik isə 3,83 faiz bəndi azalaraq 8,07 %-ə düşüb.

İlk beşliyi 5,9 %-lik bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı iyul ayına nisbətən 1,6 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 4,46 faiz bəndi artıb.

Son xəbərlər

Orphus sistemi