Bakıda tətbiqi proqramların hazırlanması prosesi müzakirə olunub

Bakıda tətbiqi proqramların hazırlanması prosesi müzakirə olunub “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində növbəti “DevopsDays Baku" onlayn tədbiri keçirilib.
İKT
21 Dekabr , 2020 11:12
Bakıda tətbiqi proqramların hazırlanması prosesi müzakirə olunub

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Bakıda növbəti “DevopsDays Baku – Bakıda proqramçılar və sistem administratorları arasında qarşılıqlı əlaqə və əməkdaşlıq nəticəsində yaradılan tətbiqi proqramların hazırlanması prosesi günləri” onlayn tədbiri baş tutub.

Bu barədə "Report" Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.

Azərbaycanda ikinci dəfə keçirilən tədbirdə həm texniki, həm də qeyri-texniki mövzulara, o cümlədən proqram təminatının inkişafı, İT infrastrukturunun ən aktual məsələlərinə toxunulub, yerli və xarici spikerlər tərəfindən bilik və təcrübələr paylaşılıb.

ABŞ, Peru, Türkiyə, Hollandiya və digər ölkələrdən spikerlər “Uber”, “Amazon” və “Google” kimi şirkətlərdəki təcrübələri haqqında iştirakçılara məlumat veriblər.

“DevopsDays” – proqram təminatı, İT infrastruktur əməliyyatları və bu sahələri əhatə edən mövzuları özündə əks etdirən dünya miqyaslı texniki konfransdır.

Bu il “COVID 19” pandemiyası ilə əlaqədar onlayn rejimdə keçirilən beynəlxalq tədbir ilk dəfə 2009-cu ildə Belçikanın Gent şəhərində təşkil olunub.

“DevopsDays” Azərbaycanda 2019-cu ildən keçirilir.

Həm yerli, həm də xarici spikerlərin çıxış etdiyi tədbirin təşkilatçıları SUP.VC Akselerasiya Mərkəzi və PAŞA Bank olub.

Son xəbərlər

Orphus sistemi