İlon Mask pilotsuz elektromobilin qəzasının səbəblərini açıqladı

İlon Mask pilotsuz elektromobilin qəzasının səbəblərini açıqladı “SpaceX” və “Tesla” şirkətlərində pay sahibi olan Amerika sahibkarı İlon Mask ABŞ-ın Texas ştatında pilotsuz “Tesla” avtomobilinin iştirakı ilə qəzanın təfərrüatlarından danışıb
İKT
20 Aprel , 2021 08:36
İlon Mask pilotsuz elektromobilin qəzasının səbəblərini açıqladı
İlon Mask

“SpaceX” və “Tesla” şirkətlərində pay sahibi olan Amerika sahibkarı İlon Mask ABŞ-ın Texas ştatında pilotsuz “Tesla” avtomobilinin iştirakı ilə qəzanın təfərrüatlarından danışıb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“İndiyə qədər alınmış məlumat qeydləri göstərir ki, avtopilot qoşulmayıb və bu avtomobil üçün tam avtonom sürmə funksiyası alınmayıb", - İlon Mask deyib.

O, qeyd edib ki, elektromobil avtopilotun fəaliyyəti üçün tələb olunan xüsusi nişanın olmadığı küçədə hərəkət edib.

Xatırladaq ki, hadisə aprelin 17-də olub. “Tesla” elektromobili Texas ştatında yüksək sürətlə hərəkət edərkən ağaca çırpılıb. Avtomobil bundan sonra yanmağa başlayıb. Qəza xidmətlərinin əməkdaşları yol-nəqliyyat hadisəsindən sonra baş verən yanğını söndürmək üçün 4-dən çox saat vaxt sərf edib.

Hadisə zamanı iki nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi