Azərbaycan İran ilə informasiya texnologiyaları sahəsində əməkdaşlıq sənədini təsdiq edib

Azərbaycan İran ilə informasiya texnologiyaları sahəsində əməkdaşlıq sənədini təsdiq edib Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsi tapşırığı verilib
İKT
15 Dekabr , 2014 21:34
Azərbaycan İran ilə informasiya texnologiyaları sahəsində əməkdaşlıq sənədini təsdiq edib

Bakı. 15 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan və İran hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərmanı təsdiq edib.

"Report" xəbər verir ki, dövlət başçısı konstitusiyanın 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıb:

1. Azərbaycan hökuməti ilə İran hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında 2014-cü il noyabrın 12-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycanın Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İranhökumətini xəbərdar etsin.

Son xəbərlər

Orphus sistemi