“İKT LAB” “British Council Azerbaijan”la əməkdaşlıq müqaviləsi imzalayıb

“İKT LAB” “British Council Azerbaijan”la əməkdaşlıq müqaviləsi imzalayıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi" MMC-nin (İKT LAB) direktoru Rauf Cabarov “British Council Azerbaijan”ın direktoru Nərgiz Hacıyeva ilə görüşüb.
İKT
15 İyul , 2022 16:30
“İKT LAB” “British Council Azerbaijan”la əməkdaşlıq müqaviləsi imzalayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi" MMC-nin (İKT LAB) direktoru Rauf Cabarov “British Council Azerbaijan”ın direktoru Nərgiz Hacıyeva ilə görüşüb.

"Report" nazirliyə istinadən xəbər verir ki, görüşdə əməkdaşlıq çərçivəsində bir neçə il ərzində keçirilən beynəlxalq ACCA imtahanlarının gedişatı və nəticələri müzakirə olunub.

Eyni zamanda yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, CIPS (Chartered Institute of Procurement & Supply) beynəlxalq imtahanlarının “İKT LAB”da keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi