IFC Azərbaycanın investisiya potensialını qiymətləndirib

IFC Azərbaycanın investisiya potensialını qiymətləndirib Rəqəmsallaşma Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə iqtisadi artıma səbəb olur və "yaşıl" artıma töhfə verir.
İKT
15 Noyabr , 2023 18:26
IFC Azərbaycanın investisiya potensialını qiymətləndirib

Rəqəmsallaşma Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə iqtisadi artıma səbəb olur və "yaşıl" artıma töhfə verir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan üzrə rəhbəri Aliyə Əzimova Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda bildirib.

Onun sözlərinə görə, IFC Azərbaycanda rəqəmsallaşmanın həyata keçirilməsində maraqlıdır:

“Maliyyə korporasiyası Azərbaycanda özəl sektorla, xüsusilə də banklar və maliyyə sektoru ilə sıx işləyir. Bu günə qədər Azərbaycanda 600 layihəyə vəsait ayırıb. Rəqəmsallaşma nəqliyyat dəhlizlərinin şaxələnməsi baxımından da əhəmiyyətlidir. Azərbaycanla bağlı hazırladığımız diaqnostika hesabatına görə, ölkənin rəqəmsal infrastrukturun yaradılması sahəsində 1 milyard ABŞ dolları, loqistika sahəsində 600 milyon ABŞ dolları, rəqəmsal maliyyə sahəsində isə 1 milyard ABŞ dolları həcmində özəl investisiya cəlb etmə potensialı var”.

Son xəbərlər

Orphus sistemi