"İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi”nə ilk inteqrasiya yekunlaşıb

"İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi”nə ilk inteqrasiya yekunlaşıb Azərbaycanda "İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi”nə (İESD) ilk inteqrasiya uğurla yekunlaşıb.
İKT
12 İyun , 2023 15:37
İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi”nə ilk inteqrasiya yekunlaşıb

Azərbaycanda "İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi”nə (İESD) ilk inteqrasiya uğurla yekunlaşıb.

“Report” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Saida Əhmədova bildirib.

Onun sözlərinə görə, hazırda bu sistemdən 24 dövlət qurumu istifadə edir.

"Dövlət Xidməti Prezidentin 27 oktyabr 2018-ci il tarixli fərmanına uyğun olaraq dövlət qurumlarının istifadəsində olan müxtəlif növ elektron sənəd dövriyyəsi sistemlərinin dövlət başçısının 4 sentyabr 2012-ci il tarixli fərmanına əsasən yaradılmış İESD-ə inteqrasiya olunmaqla elektron sənəd mübadiləsinə start verib. Xidmət elektron sənəd dövriyyəsi sistemləri arasında təhlükəsiz mübadilənin həyata keçirilməsi üçün yeni inteqrasiya stardartlarını (şərtlərini) hazırlayaraq təsdiq edib. Hazırda dövlət qurumları istifadələrində olan istənilən elektron sənəd dövriyyəsi sistemlərini təhlükəsizlik auditindən müsbət rəy almaqla, inteqrasiya standartına uyğun olaraq İESD-ə qoşmaq üçün Xidmətə müraciət ünvanlamaqla qurumlararası kağızsız sənəd dövriyyəsində iştirak edə bilərlər. 147 dövlət qurumunun istifadəçisi olduğu İESD-ə istifadəçilər mühafizə olunan rabitə kanalları ilə qoşulmaqla icazəsiz daxilolmalardan və təhrifetmələrdən mühafizə olunurlar. İESD-ə ilk olaraq 24 dövlət qurumunun istifadəçisi olduğu Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sistemi inteqrasiya olunur. Nəticədə 14 min istifadəçisi olan 24 dövlət qurumunun daxili sənəd dövriyyəsi sistemindən 147 dövlət qurumu ilə birbaşa təhlükəsiz kanallarla elektron sənəd mübadiləsinə imkan yaranıb. Hazırda digər dövlət qurumlarının daxili sənəd dövriyyəsi sistemlərinin İESD-ə inteqrasiya olunması mərhələli şəkildə etibarlı kanallarla təmin ediləcək. Cari ilin sonuna kimi daxili sənəd dövriyyəsi sistemləri hazır olan digər dövlət qurumlarının da İESD-ə inteqrasiyası təmin ediləcək", - deyə S.Əhmədova əlavə edib.

Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov isə bidirib ki, Prezidentin xüsusi nümayəndəliklərinin, Naxçıvan MR -nın və ümumilikdə Azərbaycanın xaricdəki nümayəndəliklərinin Xarici İşlər Nazirliyi vasitəsi ilə sistemə qoşulması gözlənir.

Son xəbərlər

Orphus sistemi