​ICANN Azərbaycanda milli domenlərin iki dəfə artacağını proqnozlaşdırır

​ICANN Azərbaycanda milli domenlərin iki dəfə artacağını proqnozlaşdırır ICANN: Domen qeydiyyatında sərbəstlik kibercinayətlərin artmasına və kütləviliyinə səbəb ola bilər
İKT
12 Sentyabr , 2014 13:31
​ICANN Azərbaycanda milli domenlərin iki dəfə artacağını proqnozlaşdırır

Bakı. 12 sentyabr.REPORT.AZ/ İnternetdə domen adları və zonalarının ayrılmasını həyata keçirən beynəlxalq korporasiya (Internet Corporation for Assigned Names and Number - ICANN) Azərbaycanda milli domenlərin iki dəfə artımını proqnozlaşdırıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, hazırda 9 mln. əhaliyə malik olan ölkədə 22 mindən artıq domenin qeydiyyatdan keçməsi az olsa da, ümumi artım templəri nəzərə alındıqda vəziyyət müsbətə doğru dəyişəcək.

ICANN-ın Şərqi Avropa, Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Mixail Yakuşevin sözlərinə görə, hazırda bütün dünya üzrə internetin inkişafı sonda internetin kommunal xidmət səviyyəsində göstərilən bir xidmətə çevrilməsinə gətirib çıxaracaq. Azərbaycanda internetin inkişafı sahəsində gözlənilən inkişaf, o cümlədən Bakıda və regionlarda bütün ictimai yerlərin Wi-Fi şəbəkəsi ilə əhatə olunması, xidmətlərin çeşidinin artırılması nəticədə yeni domenlər qeydiyyatına gətirib çıxaracaq.

M.Yakuşev bildirib ki, hazırda ölkədə qeydiyyatdan keçən domen adlarının sayı iqtisadiyyatın və internetin ümumi inkişafına uyğun olaraq artır: "Xarici ölkələrin təcrübəsi göstərir ki, domen qeydiyyatında həddən-ziyadə sərbəstliyin olması kibercinayətkarların imkanlarının genişlənməsi və kütləvi təşkil olunmasına səbəb ola bilər".

Son xəbərlər

Orphus sistemi