İT-nin İnkişafı Dövlət Fondu 112 layihəyə ilkin müsbət rəy verib

İT-nin İnkişafı Dövlət Fondu 112 layihəyə ilkin müsbət rəy verib Layihələr yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim ediləcək
İKT
18 Oktyabr , 2016 15:40
İT-nin İnkişafı Dövlət Fondu 112 layihəyə ilkin müsbət rəy verib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun bu il iyulun 1-də elan etdiyi növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub.

“Report” nazirliyə istinadən xəbər verir ki, kompleks ekspertizaya təqdim olunan 112 layihədən 61-i müsbət rəy alıb.

Müsbət rəy alan layihələr yekun qərarın verilməsi üçün fondun Müşahidə Şurasına təqdim ediləcək. Şuranın növbəti iclasının yaxın günlərdə keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, müsabiqə çərçivəsində fonda 121 layihə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi