İT İnkişafı Dövlət Fondu növbəti qrant müsabiqəsinə başlayır

İT İnkişafı Dövlət Fondu növbəti qrant müsabiqəsinə başlayır Layihələrin qəbulu martın 1-də başlayır və aprelin 30-dək davam edəcək
İKT
27 Fevral , 2018 10:17
İT İnkişafı Dövlət Fondu növbəti qrant müsabiqəsinə başlayır
Report

Bakı. 27 fevral. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədi ilə növbəti kiçikhəcmli qrant müsabiqəsi elan edib.

“Report” bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.

Prioritet istiqamətlər olaraq mütərəqqi proqram təminatının hazırlanması, innovativ İKT məhsulları nümunələrinin hazırlanması, innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması, İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı müəyyən edilib.

Müsabiqədə Azərbaycan vətəndaşı olan fiziki şəxslər və Azərbaycanda dövlət qeydiyyatı olan hüquqi şəxslər iştirak edə bilərlər.

Hər bir layihə Fond tərəfindən müəyyən edilmiş istiqamətlərdən birinə uyğun olmalı, məsul şəxs hesab edilən layihə rəhbəri ilə təmsil olunmalı, layihə rəhbəri cari müsabiqə üzrə yalnız bir layihədə (xüsusi əsaslandırılmış hal istisna olmaqla) iştirak etməlidir.

Layihələr yalnız Fondun rəsmi internet səhifəsindəki (www.ictfund.gov.az) e-qrant bölməsi vasitəsilə elektron formada təqdim olunmalıdır. 

Layihələrin qəbulu martın 1-də başlayır və aprelin 30-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi