Azərbaycanda I rübdə 6 500-ə yaxın ölkə vətəndaşı hakerlərin qurbanı olub

Azərbaycanda I rübdə 6 500-ə yaxın ölkə vətəndaşı hakerlərin qurbanı olub Bu ilin I rübündə Azərbaycanın dövlət qurumlarında çalışan 6 472 şəxs hakerlərin qurbanına çevrilib.
İKT
19 May , 2023 10:00
Azərbaycanda I rübdə 6 500-ə yaxın ölkə vətəndaşı hakerlərin qurbanı olub

Bu ilin I rübündə Azərbaycanda 6 472 ölkə vətəndaşı hakerlərin qurbanına çevrilib. Bunun isə 101-i dövlət qurumlarının əməkdaşlarıdır.

Bu barədə “Report”a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, Dövlət Xidmətinin həyata keçirdiyi “Kibergigiyena layihəsi”nə, “informasiya təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviq edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına riayət etməyərək haker hücumlarının qurbanına çevrilirlər.

Ən çox belə pozuntuya yol verən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin Azərbaycan Standartlaşma İnstitutunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarıdır.

Son xəbərlər

Orphus sistemi