İqtisadiyyat Nazirliyi avadanlıq və proqram təminatının alınması üçün tender keçirir

İqtisadiyyat Nazirliyi avadanlıq və proqram təminatının alınması üçün tender keçirir İddiaçılar tender təkliflərini avqustun 12-dək Nazirliyə təqdim etməlidirlər
İKT
30 İyun , 2016 17:23
İqtisadiyyat Nazirliyi avadanlıq və proqram təminatının alınması üçün tender keçirir

Bakı. 30 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi “Regionların inkişafına dəstək Qrant Proqramı” çərçivəsində avadanlıq və proqram təminatının alınması üçün açıq tender elan edib. Bu barədə “Report”a qurumun Tender Komissiyasından bildirilib.

Layihə çərçivəsində işlərin yerinə yetirilməsi müddəti 9 aydır. Tender iştirakçıları təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə, yazılı surətdə təqdim etməlidir.

Təklifin qiymətləndirilməsində qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, analoji layihələr üzrə təcrübə, o cümlədən digər qurumlarda tətbiqi, texniki imkanlar, kadr potensialı kimi meyarlara üstünlük veriləcək. Tenderdə iştirak etmək istəyənlər 300 manat iştirak haqqını ödədikdən sonra Azərbaycan dilində tərtib olunan tenderin əsas şərtlər toplusunu İqtisadiyyat Nazirliyindən (Hökumət Evi) ala bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) avqustun 3-dək, tender təklifi və bank zəmanətini isə avqustun 12-dək Nazirliyə təqdim etməlidir. Təklif zərfləri avqustun 15-də İqtisadiyyat Nazirliyində açılacaq.

Son xəbərlər

Orphus sistemi