Milli Depozit Mərkəzi investorlar üçün “Elektron xidmətlər” sistemini istifadəyə verib

Milli Depozit Mərkəzi investorlar üçün “Elektron xidmətlər” sistemini istifadəyə verib Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən investorların rahatlığının təmin edilməsi məqsədi ilə “Elektron xidmətlər” sistemi istifadəyə verilib.
İKT
29 İyun , 2019 09:43
Milli Depozit Mərkəzi investorlar üçün “Elektron xidmətlər” sistemini istifadəyə verib

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən investorların rahatlığının təmin edilməsi məqsədi ilə “Elektron xidmətlər” sistemi istifadəyə verilib. 

“Report”a Milli Depozit Mərkəzindən verilən məlumata görə, yeni sistem müasir dövrün tələblərinə cavab verməklə real vaxt rejimində çalışan proqram təminatıdır.

"Sistemə daxil olmaq üçün istifadəçi “ASAN İmza”ya malik olmalıdır. “ASAN İmza” vasitəsilə hər bir istifadəçi depo hesabı səhifəsinə daxil olaraq mülkiyyətçisi olduğu qiymətli kağızların emitentləri, sahibi olduğu qiymətli kağızın miqdarı, onların öhdəliklərlə yüklənib-yüklənməməsi barədə məlumatları əldə edə bilər. Həmçinin, istifadəçinin mülkiyyətçisi olduğu qiymətli kağızların əməliyyatları barədə məlumatlar da depo hesabında əks olunur", - MDM-dən bildirilib.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının vətəndaşı olan qiymətli kağızlara sahib fiziki şəxslər “Elektron xidmətlər” sistemindən istifadə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi