İnformasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,2% artıb

İnformasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,2% artıb Xidmətlərdən əldə edilən gəlirin 50,2%-i mobil telefon rabitəsi sahəsində formalaşıb
İKT
14 Oktyabr , 2017 17:41
İnformasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,2% artıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 266,1 mln. manatlıq xidmət göstərib. Bunun da 72,6%-i əhali tərəfindən istehlak olunub.

Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,2% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,2%-i qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 50,2%-i və ya 635,8 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi