İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibləri müəyyənləşib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibləri müəyyənləşib Fondun Müşahidə Şurasının qərarı ilə 29 layihəyə ümumilikdə 395 000 AZN qrant vəsaiti ayrılıb
İKT
102
21 Oktyabr , 2016 20:50
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibləri müəyyənləşib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

“Report”a qurumdan verilən məlumata görə, iclasda bu il iyulun 1-də elan edilən növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış layihələrlə bağlı yekun qərar verilib.

Elektron xidmətlərin inkişafı, infrastrukturun təkmilləşdirilməsi, innovativ həllər üzrə layihələrin qəbul edildiyi bu qrant müsabiqəsinə ümumilikdə 121 layihə təqdim olunub.

Bu layihələrdən 112-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub. Kompleks ekspertizaya təqdim olunan 112 layihədən isə 61-i müsbət rəy alıb.

Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 61 layihədən sonda 29 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.

Beləliklə, qrant müsabiqəsinin qalibləri və ayrılan qrant məbləğlərini təqdim edirik.

Fondun Müşahidə Şurasının qərarı ilə 29 layihəyə ümumilikdə 395 000 AZN qrant vəsaiti ayrılıb.

Layihənin adı Məbləğ (manatla)
1 Science Publishing Support 14 000
2 VRoom 15 000
3 tagWishes 14 000
4 MISGAR.AZ 15 000
5 WeCare 16 000
6 Shopster 12 000
7 İntelektual Multi bələdiçi 15 000
8 “E-cəmiyyətə sən də qoşul” 15 000
9 Öyrən, Tətbiq et, Qazan 15 000
10 “Media-info” 18 000
11 Profitable Trader 12 000
12 TechSOS 14 000
13 Wand 12 000
14 Hüquq.Online 14 000
15 Rəqəmsal ekspertiza laboratoriyasının qurulması 15 000
16 Azerbaijan Travel Guide 14 000
17 Comfortab 10 000
18 MyStyle 10 000
19 Startup.az 15 000
20 www.hmc.az 12 000
21 Texnologiyaların transferi mexanizminin təkmilləşdirilməsində veb resurlarının işlənilməsi və tətbiqi 12 000
22 İELTS öyrənək 12 000
23 “Ana dilinin tədrisi” layihəsi 18 000
24 Smart Keyboard 12 000
25 Aqromarketing 10 000
26 ObaNatur elektron sifariş-təchizat sisteminin qurulması 15 000
27 www.enjoymingo.az 12 000
28 Magic Words 15 000
29 Futbolçuları qeydiyyat sisteminə innovativ əlavələr 12 000

Son xəbərlər

Orphus sistemi