İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsi başa çatıb

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsi başa çatıb Müsabiqə çərçivəsində fonda 121 layihə təqdim edilib
İKT
2 Sentyabr , 2016 20:44
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsi başa çatıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan “Report”a verilən məlumata görə, müsabiqə çərçivəsində fonda 121 layihə təqdim edilib.

Müsabiqəyə layihələrin qəbulu e-xidmətlər üzrə texnologiya və həllərin inkişafı və kommersiyalaşdırılması, innovativ İKT məhsulları nümunələrinin hazırlanması, innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması istiqamətləri üzrə aparılıb. Müsabiqəyə təqdim edilən layihələrin prioritet istiqamətlər üzrə bölgüsü müvafiq olaraq 47, 25 və 49 (cəmi 121) olub.

Layihələr iki mərhələdə qiymətləndirilir. Birinci mərhələdə 15 iş günü müddətində müsabiqəyə təqdim olunan layihələrin ilkin ekspertizası aparılır. İkinci mərhələdə isə ilkin ekspertiza mərhələsindən keçmiş layihələr 20 iş günü müddətində müstəqil ekspertlər tərəfindən kompleks ekspertizadan keçirilir. Kompleks ekspertizanın nəticəsində müsbət rəy alan layihələr yekun qərarın qəbul edilməsi üçün Fondun Müşahidə Şurasına təqdim olunur.

Xatırladaq ki, qrant müsabiqəsi çərçivəsində layihələrin qəbulu iyulun 1-dən sentyabrın 1-dək davam edib.

Son xəbərlər

Orphus sistemi