​İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

​İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib Seminar İnstitutun Tədris-İnnovasiya Mərkəzində baş tutub
İKT
21 İyun , 2016 20:58
​İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

Bakı. 21 iyun. REPORT.AZ/ AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində “İnternetdə təhlükələrin qarşısının alınması üçün mövcud texnoloji üsul və vasitələrin analizi” mövzusunda növbəti elmi seminar keçirilib. 

“Report”un İnstituta istinadən verdiyi məlumata görə, seminarda mərkəzin sektor müdiri Sabirə Ocaqverdiyeva çıxışı zamanı deyib ki, internetdə uşaqların psixologiyasına və sağlamlığına təsir edən məlumatların, onların təbliğatını aparanların ziyanlı informasiya daşıyıcılarıdır.

Sektor müdiri bildirib ki, “McAfee Family Protection” və “Norton Family” kimi proqramların veb-saytlar, sosial şəbəkələr, axtarış saytlarının filtrlənməsi, məlumatın göndərilməsinə və qəbul olunmasına nəzarət, onlayn alış-satış zamanı təhlükəsizliyin təmin olunması və s. funksiyalarıuşaqların internetdə təhlükəsizliyinin təmin olunmasında xüsusi rola malikdir: “Yalnız 10 ölkədə 2014-cü ildə kompüterlərin təqribən 65%-də “Valideyn İdarə Modulu”tətbiq edilib. Bu moduldaha çox Çin, Amerika, Almaniya, İngiltərə və Rusiyada istifadə olunur. Məlumatları dərc etməzdən əvvəl konfidensial məlumatlar üzərində müxtəlif “təmizləmə” əməliyyatlarının (verilənlərin sanitarizasiyası) aparılması zərurəti yaranır. Bu metod təhlükələrdən qorunmağa və məxfi məlumatların gizli saxlanılmasına imkan verir. Verilənlərin sanitarizasiyası elektron resuslardan istifadə zamanı, verilənlərin analizi və bizneslə bağlı qərarların qəbulu kimi fəaliyyətlər üçün əhəmiyyətlidir. Burada gizlilik və təhlükəsizlik tədbirləri mühüm rol oynayır”.

Sonra məruzə ətrafındafikir mübadiləsi aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi